Ayda oksigen əldə etmək mümkün olacaq
21 yanvar 2020 19:39 (UTC +04:00)

Ayda oksigen əldə etmək mümkün olacaq

Avropa Kosmik Agentliyinin mühəndisləri gələcək kolonistlərin Ayda oksigen əldə etməsi üsulunu fikirləşiblər.

Lent.az Azərbaycan Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, onlar Ay reqolitini (qayaları örtən heterogen material) yenidən emal edəcəklər.

Yer kürəsində aparılan tədqiqatlar göstərib ki, reqolitin tərkibinin 40-45 faizə qədərini oksigen təşkil edir. Reqolitdə qaz oksid minerallarının daxilindədir. Bugünədək onu çıxartmağın yolları müəyyənləşdirilməsə də, artıq elektrolizdən istifadə edərək bunu reallaşdıran qurğunun prototipi hazırlanıb.

Alimlər iddia edirlər ki, gələcəkdə qurğu Ay kolonistlərinin həyat fəaliyyəti üçün lazımi qədər oksigen istehsal etməyə imkan verəcək.

Ay tozundan oksigenin alınması texnologiyasının əsasında əridilmiş duzun elektrolizi metodu dayanır. Kimyəvi reaksiyanın başlaması üçün reqolit 950 dərəcəyə qədər qızdırılmış kalsium xloridinin əridilmiş duzu ilə qatışdırılır. Bundan sonra qarışığa verilən elektrik cərəyanı tozdan oksigeni çəkir. Bu halda əridilmiş duz elektrolit rolunda çıxış edir.

Avropa Kosmik Agentliyi sınaqların aparılması üçün qurğunun tamamlanmış versiyasının Aya göndəriləcəyinə dair planlarını açıqlayıb.

 

# 1293
avatar

Aygün İbrahimli

Oxşar yazılar