Çində 6,4 maqnitudalı zəlzələ oldu
19 yanvar 2020 19:56 (UTC +04:00)

Çində 6,4 maqnitudalı zəlzələ oldu

Çinin Sincan-Uyğur muxtar rayonunda  6,4 maqnitudalı zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 21.27 radələrində baş verən zəlzələnin ocağı Qaşqar dairəsində, 16 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

# 1169
avatar

Oxşar yazılar