Makqreqor "Kovboy"u 40 saniyəyə nokaut etdi 
19 yanvar 2020 13:47 (UTC +04:00)

Makqreqor "Kovboy"u 40 saniyəyə nokaut etdi 

Keçmiş UFC çempionu Konor Makqreqor 1 il 3 aydan sonra oktaqona çıxıb. Lent.az-ın məlumatına görə, irlandiyalı idmançı titul döyüşü olmayan UFC-246 çərçivəsində Donald Serrone ilə qarşılaşıb.


ABŞ-ın Los-Anceles şəhərində baş tutan döyüş çox çəkməyib. Belə ki, Konor "Kovboy" ləqəbli rəqibini 40-cı saniyədə nokaut edib. Bu qələbə Makqreqora təxminən 5 milyon dollar qazandırıb. Serrone isə məğlubiyyətə baxmayaraq, döyüşdən 2 milyon dollar əldə edib.

# 3462
avatar

Oxşar yazılar