Tramp impiçment ittihamlarını qəti şəkildə rədd edir
19 yanvar 2020 04:22 (UTC +04:00)

Tramp impiçment ittihamlarını qəti şəkildə rədd edir

 

 

“ABŞ Prezidenti Donald Tramp impiçment ittihamlarını qəti şəkildə rədd edir və eyni zamanda ona bəraət verilməsini tələb edir”. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Senatda Trampa qarşı qaldırılan impiçment prosesinə rəğmən ABŞ prezidentinin vəkilləri tərəfindən hazırlanmış 7 səhifəlik sənəddə vurğulanıb.

Qeyd edilib ki, prezident mövcud olan müdafiə hüquqlarının hamısını özündə saxlayır. 

Bəyanatda göstərilir ki, Senat impiçmenti rədd etməlidir: “Nümayəndələr Palatası tərəfindən irəli sürülən iddialarda Tramp haqqında hər hansı bir cinayət və ya qanun pozuntusu rəsmi şəkildə əks olunmayıb. Prezidentin hərəkətləri konstitusiyaya uyğun olaraq, tamamilə qanuni, adekvatdır. Trampın hərəkətləri milli maraqlara söykənir”. 

Tramp öz növbəsində Senatda ona qarşı irəli sürülən ittihamları absurd adlandırıb.

# 1188
avatar

Oxşar yazılar