Azərbaycanda qadın narkotacir tutuldu
18 yanvar 2020 13:45 (UTC +04:00)

Azərbaycanda qadın narkotacir tutuldu

Abşeron rayonu Mehdiabad qəsəbəsində polis əməliyyat keçirib.  

APA-nın yerli bürosunun məlumatına görə, əməliyyat nəticəsində “İkoş” ləqəbli qadın narkotacir tutulub. 

Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 24 yaşlı İlkanə Nəbiyeva saxlanılaraq məsuliyyətə cəlb olunub. Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan küllü miqdarda xüsusi bükümdə olan 5 qram heroin, 2 qram metodin kristal, bir ədəd tərəzi və digər narkotik maddələr tapılıb.

İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib. O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

# 1956
avatar

Oxşar yazılar