600
10:44
16 Yanvar 2020

"Seçkilər daha peşəkar deputat korpusunun formalaşmasına hədəflənib" - RƏSMİ

“2019-cu il Azərbaycan tarixində köklü islahatlar ili kimi qalacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib.

O bildirib ki, islahatlar cəmiyyətin bütün institutlarına və təsisatlarına təsir göstərəcək: “Milli Məclisə növbədənkənar seçkilər daha çevik, daha peşəkar deputat korpusunun formalaşmasına hədəflənib. Seçkilərdə vətəndaş cəmiyyəti institutları fəallaşır”.

S. Yusifova qeyd edib ki, media orqanları təşviqat mərhələsində hər bir namizəd üçün bərabər şərait yaratmalıdır.