Bakıda qadın əcnəbinin maşınını qaçırdı
15 yanvar 2020 18:34 (UTC +04:00)

Bakıda qadın əcnəbinin maşınını qaçırdı

 

Bakıda əcnəbi vətəndaşın avtomobili qaçırılıb.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən  məlumata görə, yanvarın 14-də Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş K.Kadir həmin gün saat 7 radələrində yaşadığı evin qarşısından “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsi, Əlahiddə Çevik Polis Alayı və Binəqədi rayon 5-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qazax rayon sakini F.Musayeva qısa müddətdə avtomobillə birgə Xırdalan şəhəri ərazisində saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1518

Oxşar yazılar