16:03
15 Yanvar 2020

Eden Azarın artıq çəki ilə bağlı etirafı: 5 kiloqram kökəlmişdim


Madrid “Real”ının futbolçusu Eden Azar yay tətilindən qayıdarkən artıq çəki problemi ilə üzləşdiyini etiraf edib.

Lent.az -ın məlumatına görə, o, həmin vaxt bu cür halla ilk dəfə qarşılaşmadığını bildirib:

“Yalan danışmayacağam, yayda çəkim artmışdı. Tətil vaxtı 5 kiloqram kökəlmişdim. Ancaq bu, başadüşülən idi, çünki məzuniyyətdən qayıtmışdım. Mən tez kökələn insanam. Xoşbəxtlikdən həm də tez çəki atanam. “Lill”in formasını geyinəndə çəkim 72-73 kiloqram idi, əzələ yığdıqdan sonra 75 kq oldum. Ötən yay “Real”ın düşərgəsinə qoşulanda isə çəkim 80 kiloqrama çatmışdı. Lakin artıq çəkidən 10 günə azad oldum”.

Qeyd edək ki, Eden Azar “kral klubu”na ötən ilin yayında “Çelsi”dən transfer olunub.

Dİgər xəbərlər