10:59
15 Yanvar 2020

İbrahimoviçdən sonra daha bir türkiyəli


Qış “transfer pəncərəsi”ndə Zlatan İbrahimoviçi heyətinə qatan “Milan” bununla kifayətlənmək fikrində deyil.

Lent.az -ın məlumatına görə, “qırmızı-qaralar”ın növbəti transfer hədəfi türkiyəli futbolçudur.

“Milan” rəhbərliyi İtaliyanın digər klubu “Roma”nın üzvü olan Cengiz Ündərlə yaxından maraqlanır. Klub rəsmiləri hücumameylli yarımmüdafiəçi ilə danışıqlara start veriblər. Əslində “Milan” Cengizi ötən ilin yayından heyətinə qatmağı planlaşdırır. Ancaq həmin vaxt bu keçidi reallaşdırmaq mümkün olmamışdı. Klub rəhbərliyi Türkiyə yığmasının üzvünü bu dəfə transfer edə biləcəyinə inamlıdır.

“Milan”ın digər türkiyəli futbolçusu Hakan Çalhanoğlunun danışıq prosesində vasitəçi olduğu bildirilir.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2017-ci ildən “Roma”nın formasını geyinir. O, “canavarlar”ın heyətində 66 oyunda 15 qola imza atıb.

Dİgər xəbərlər