Bakıda taksi sürücüsü qəza törədib, ağır yaralılar var
14 yanvar 2020 21:10 (UTC +04:00)

Bakıda taksi sürücüsü qəza törədib, ağır yaralılar var

 

 

Bakının Yasamal rayonunda iki nəqliyyat vasitəsi toqquşub, 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü Əsgərov Azər, 1989-cu il təvəllüdlü Rzayeva Aysel və  1984-cü il təvəllüdlü Əliyeva Fəridə ağır bədən xəsarətləri alıblar. 

Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti orta ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590

Oxşar yazılar