11:34
14 Yanvar 2020

“Barselona”nın yeni baş məşqçisinin gizli bacarığı: Karpova uduzsa da...

"Barselona"nın yeni baş məşqçisi Kike Setyenlə bağlı maraqlı məqam üzə çıxıb.

Lent.az -ın məlumatına görə, 61 yaşlı mütəxəssis şahmat həvəskarıdır. Setyen 2018-ci ildə qrossmeyster Anatoli Karpovla şahmatda gücünü sınayıb. Karpov həmin görüşdən qələbə ilə ayrılsa da, bu, ona asan başa gəlməyib. Bundan əlavə, “Barselona”nın baş məşqçisi Qarri Kasparov, Vladimir Kramnik və Sergey Karyakinlə də şahmat oynayıb.

Setyen 2016-cı ildə “Las Palmas” klubunun “sükanı arxası”nda olarkən “Real”la oyundan öncə maraqlı açıqlama verib. O, futbolu şahmata bənzədib: “Hücuma keçəndə müdafiəni unutmaq olmaz. Həm şahmatda, həm də futbolda belədir. Futbolda yaxşı komandanız varsa, deməli, oyunçular birlikdə hücumda və müdafiədə iştirak edirlər. Gənc şahmatçılar təcrübəsiz olduqlarından, müdafiəni düşünmürlər, ancaq hücum etməyi düşünürlər. Bu isə yaxşı sonluğa aparmır. Meydanın, eyni zamanda lövhənin mərkəzinə nəzarət etmək lazımdır. Onda qalib gəlmək şansın artır”.

Dİgər xəbərlər