Magistraturaya qəbul imtahanı ilə bağlı YENİLİK
13 yanvar 2020 19:53 (UTC +04:00)

Magistraturaya qəbul imtahanı ilə bağlı YENİLİK

Nazirlər Kabineti Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərar qəbul edib.

APA xəbər verir ki, qərara əsasən, dəyişikliklər beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur. 

Qeyd edilməlidir ki, hazırda imtahanlar iki mərhələdə aparılır:

I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;    

II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

# 4127
avatar

Oxşar yazılar