İran Trampı məhkəməyə verəcək - SƏBƏB
13 yanvar 2020 19:02 (UTC +04:00)

İran Trampı məhkəməyə verəcək - SƏBƏB

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Qüds” qüvvələrinin rəhbəri olmuş general Qasım Süleymaninin öldürülməsi əmrini verdiyinə görə ABŞ prezidenti Donald Trampı məhkəməyə verəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İran Ali Məhkəməsinin sədri İbrahim Rəisi bildirib.

“Biz ABŞ prezidentini əsas təqsirləndirilən şəxs kimi qəbul edirik”, - İran Ali Məhkəməsinin sədri vurğulayıb.

Onun sözlərinə görə, bu məsələ ilə İran Ali Məhkəməsinin nəzdində İnsan Hüquqları Şurası və Xarici İşlər Nazirliyi məşğul olmalıdır.

Ali Məhkəmənin sədri bununla bağlı hansı beynəlxalq təşkilata müraciət ediləcəyi haqda məlumat verməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272

Oxşar yazılar