567
16:04
13 Yanvar 2020

İranda təyyarə qəzasında ölənlərdən 50 nəfərin şəxsiyyəti müəyyənləşib

Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərdən 50 nəfərin şəxsiyyəti müəyyən olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Tibbi Ekspertiza Təşkilatının sədri Abbas Məscidi Arani mətbuat konfransında bildirib.

O qeyd edib ki, işçi qruplar tərəfindən təyyarə qəzasında həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıblar. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.