836
14:44
13 Yanvar 2020

Nazirliyin “Telegram” kanalı fəaliyyətə başlayır - YENİLİK

Bu gündən Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı (@edugovaz) istifadəyə verilir.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, kanalda Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi yeniliklər, elan və müsabiqələr, layihə və kampaniyalar barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək. “Telegram” tətbiqini smart cihazlara yükləməklə @edugovaz kanalına abunə olmaq mümkündür.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.