Bakıda gənc motosikletlə qəza törədərək xəsarət alıb
12 yanvar 2020 23:27 (UTC +04:00)

Bakıda gənc motosikletlə qəza törədərək xəsarət alıb

 

 

 

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Lent.az-ın xəbərinə görə, qəza Mətbuat prospekti, Akim Abbasov küçəsində baş verib.

1999-cu il təvəllüdlü Səfərbəyov Tural Rüstəm oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə motosiklet aşıb və T.Səfərbəyov xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1045

Oxşar yazılar