İlin ilk Ay tutulması sona çatdı
11 yanvar 2020 01:50 (UTC +04:00)

İlin ilk Ay tutulması sona çatdı

 

2020-ci ilin ilk Ay tutulması sona çatıb. 

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu, yarımkölgəli Ay tutulması olub. Saat 21:08-də başlayan tutulma hadisəsi  saat 01:12-də sona çatıb. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olub. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünüb.  Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunub. 

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1315

Oxşar yazılar