Şamaxıda 2-ci sinif şagirdini avtomobil vurdu
10 yanvar 2020 21:11 (UTC +04:00)

Şamaxıda 2-ci sinif şagirdini avtomobil vurdu

 

Şamaxıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Şamaxı şəhər 5 saylı tam orta məktəbin qarşısında baş verib. 

Şamaxı sakini, 2012-ci il təvəllüdlü Hidayətzadə Asya Kamil qızı oxuduğu məktəbdən çıxaraq evə gedərkən yolu keçən zaman "Mercedes" markalı minik avtomobili onu vurub. Hadisə zamanı 2-ci sinif şagirdi ağır kəllə-beyin travması alıb, qolu sınıb. Yaralı Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1221

Oxşar yazılar