MTRŞ radio üçün elan etdiyi müsabiqəni ləğv etdi
10 yanvar 2020 16:46 (UTC +04:00)

MTRŞ radio üçün elan etdiyi müsabiqəni ləğv etdi

Milli Televiziya və Radio Şurası (MTRŞ) iclas keçirib.

MTRŞ-dan Lent.az-a verilən məlumata görə, iclasda Milli Televiziya və Radio Şurası tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub.

Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim edib. Bunlar “Real Təhlil İnformasiya Mərkəzi” MMC; “TV-Media Azerbaijan” MMC; “Balans Studiyası” MMC;  “İNS ÇM” MMC; “OMD Azerbaijan” MMC olub.

Üç iddiaçı - “TV-Media Azerbaijan” MMC, “OMD Azerbaijan” MMC və “Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib. Bu səbəbdən, “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164

Oxşar yazılar