Həbsxanalara narkotik keçirilməsinin qarşısı alındı
10 yanvar 2020 12:19 (UTC +04:00)

Həbsxanalara narkotik keçirilməsinin qarşısı alındı

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 6 və 8 saylı cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Lent.az-a xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3; 68.1; 68.1.1-1; 67.1 və 93.1.2-ci maddələrinə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilən və 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Vahid Eləşən oğlu Əhmədova qardaşı Ağccabədi rayon sakini  İdris Elşən oğlu Əhmədovun gətirdiyi sovqata baxış keçirilən zaman orada olan şirniyyatın daxilində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə 0,374 qram psixotrop maddə - metamfetamin, 0,541 qram narkotik maddə - tiryək və 0,341 qram narkotik maddə - heroin aşkar edilib.

Bundan başqa, Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinə əsasən 18 il 10 gün azadlıqdan məhrum edilən və 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Amin Rahim oğlu Kazımov ilə qısamüddətli görüşə gələn əmisi oğlu Ağccabədi rayon sakini Samir Rasim oğlu Kazımovun gətirdiyi əşyalara və üzərinə baxış keçirilən zaman ayaqqabısının daban hissələrində xüsusi üsulla gizlədilən 1 ədəd "Samsung" markalı mobil telefon aparatı və daxilində danışıq kartı olan 1 ədəd "Bright Quick" markalı mobil telefon aparatı aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929

Oxşar yazılar