Heydər Əliyev Sarayında “Şanson gecəsi”
10 yanvar 2020 11:11 (UTC +04:00)

Heydər Əliyev Sarayında “Şanson gecəsi”

Fevralın 20-də Heydər Əliyev Sarayında tanınmış şanson ifaçısı Cəlal Abbasovun konserti olacaq.

Sarayın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Şanson gecəsi” adlı konsertdə bakılılar və şəhərimizin qonaqlarına şanson janrında mahnılardan ibarət yeni və fərqli proqram təqdim olunacaq.

Müğənnini səhnədə “Shanson Cover Band” qrupu müşayiət edəcək.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Qeyd edək ki, Heydər Əliyev Sarayında artıq üçüncü solo konsert proqramı ilə çıxış etməyə hazırlaşan Cəlal Abbasov bir sıra yerli və beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının iştirakçısı və qalibidir.

# 2069
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar