İran Ukrayna təyyarəsinin raketlə vurulması ehtimalını təkzib edib
10 yanvar 2020 02:11 (UTC +04:00)

İran Ukrayna təyyarəsinin raketlə vurulması ehtimalını təkzib edib

 

İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə, Ukrayna hakimiyyət orqanlarının iddia etdiyi kimi, Ukraynanın “Beynəlxalq Hava yolları” aviaşirkətinə məxsus Boeing-737 sərnişin təyyarəsinin təsadüfən raketlə vurula biləcəyi ehtimalını təkzib edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Abedzadə laynerə raket hücumunun “elmi cəhətdən mümkün olmadığını” bildirib. Onun sözlərinə görə, həmin vaxt eyni yüksəklikdə başqa bir neçə sərnişin təyyarəsi də olub.

“Təyyarənin raketlə vurulduğu versiyası heç bir halda həqiqətə uyğun deyil”, - Abedzadə belə deyib.

Ə.Abedzadə ölkədə hərbi və mülki sektorlar arasında “tam koordinasiya”nın olduğunu vurğulayıb.

O, həmçinin İranın qara qutuları ABŞ-a təhvil verməkdən imtina etməsi barədə məlumatları da təkzib edib və bildirib ki, istintaqla maraqlanan bütün tərəflərə lazımi məlumatlar veriləcək. Qurum rəsmisi əlavə edib ki, zərurət yaranarsa, qara qutu məlumatlarının deşifrə edilməsi Fransada və ya başqa bir ölkədə aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1376

Oxşar yazılar