
162 tələbə ictimai köməkçi qismində prokurorluq orqanlarına qəbul edilib

162 tələbə ictimai köməkçi qismində prokurorluq orqanlarında fəaliyyətə cəlb edilib.
APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilən müşavirədə bildirilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə olan yüksək qayğı və diqqətinin təzahürü kimi son bir neçə ildə ölkəmizdə geniş vüsət almış “könüllülük” hərəkatının sosial-ictimai həyatın bütün sahələrində aktiv və səmərəli fəaliyyətinin nəticəsi olaraq ötən il dekabrın 30-da dövlət başçısı tərəfindən imzalanmış Sərəncamla gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini daha da artırmaq məqsədilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib.
Xüsusilə vurğulanıb ki, 2019-cu ildə “Könüllülük hərəkatının” prokurorluqda da davamlılığının təmin olunması məqsədilə hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün 162 tələbənin ictimai köməkçi qismində prokurorluq orqanlarının fəaliyyətinə cəlb edilməsi təmin edilib.
2020-ci ildə prokurorluqda “İctimai Köməkçi” qismində könüllü fəaliyyət göstərən tələbələrin dövlət gənclər siyasətinin ən böyük dəstəkçilərindən birinə çevrilməsi, milli, mənəvi və dövlətçilik dəyərlərinin onlara aşılanması, digər könüllülərlə əlaqələrinin gücləndirilməsi və onların təşkilatlanması məqsədilə tədbirlərin həyata keçirilməsi üçün müvafiq göstərişlər verilib.

Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16