Keçmiş məhkumlar narkotiklə tutuldular
09 yanvar 2020 18:54 (UTC +04:00)

Keçmiş məhkumlar narkotiklə tutuldular

 

Astarada bir kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Kakalos kənd sakini, əvvəllər məhkum olunmuş Nəsir Suvarov 1 bükümdə narkotik vasitə marixuana və bir bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Saxlanıldıqdan sonra onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi 5 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Davam edən əməliyyat tədbirləri nəticəsində N.Suvarovun narkotik vasitəni həmkəndlisi Asəf Təhməzovdan əldə etdiyi müəyyən edilib və həmin şəxs də saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən bir bükümdə 0,182 qram, yaşadığı evdən isə bir bağlamada 1 kiloqram 50 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

***

Abşeron rayon Polis İdarəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Dadaşovdan 6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

 

# 1150
avatar

Oxşar yazılar