“Twitter”dən YENİ FUNKSİYA: daha çox imkanlar...
09 yanvar 2020 19:26 (UTC +04:00)

“Twitter”dən YENİ FUNKSİYA: daha çox imkanlar...

“Twitter Inc.” mikrobloqlar xidməti cari ilin əvvəlində istifadəçilərə onların tvitlərinə kimin cavab verdiyini idarə etməyə imkan verəcək yeni funksiyaları sınaqdan keçirəcək.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, bununla da istifadəçilər daha çox imkanlar əldə edəcək.

"Biz “Twitter”də istifadəçilərə ünsiyyət üzərində daha çox nəzarət imkanı yaratmaqla onlara təhlükəsizlikdə olduqlarını hiss etməyə kömək etmək istəyirik. 2020-ci ilin əvvəlində tvitlərə cavabla bağlı müxtəlif variantlar üzərində təcrübə aparacağıq" – “Twitter”in nümayəndəsi deyib.

“Twitter” ötən ilin noyabrında elan etmişdi ki, təhlükəsizlik baxımından və rahat ünsiyyət üçün istifadəçilərə öz tvitlərinə cavabları gizlətməyə imkan verəcək.

Qeyd edək ki, ABŞ-ın “Twitter” şirkəti 2006-cı ildə təsis edilib. Şirkətin əsas məhsulu qısa mesajlarla mübadilə üçün sosial şəbəkədir. Mənzil-qərargahı San-Fransiskoda yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1402

Oxşar yazılar