Azərbaycanda daha bir yeniyetmə bir aydan çoxdur itkindir
09 yanvar 2020 10:51 (UTC +04:00)

Azərbaycanda daha bir yeniyetmə bir aydan çoxdur itkindir

Şəmkirdə 17 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəmkir rayon  sakini Xəyalə Həsənova dekabrın 6-da Şəmkir rayonu,  Kür qəsəbəsindəki  yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb.

X. Həsənovanın əlamətləri belədir: boyu 167 santimetr, arıq bədən quruluşlu,  gözlərinin rəngi qəhvəyi. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02  şəhər və (055) 235-76-06  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3872

Oxşar yazılar