“YARAT”da ölkəmizə həsr edilən sənədli filmlərin nümayişi olacaq
09 yanvar 2020 10:59 (UTC +04:00)

“YARAT”da ölkəmizə həsr edilən sənədli filmlərin nümayişi olacaq

Yanvarın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində ssenari müəllifi və rejissoru Elvin Mirzəyev olan “Qafqazın maddi mədəniyyət inciləri” adlı sənədli filmlər silsiləsi təqdim olunacaq.

Lent.az xəbər verir ki, ekran əsəri insan əlinin izləri olan müəyyən qədim obyektlərin və qazıntılar nəticəsində tapılan arxeoloji abidələrin öyrənilməsinə yönəlib. Layihə əsrlər və minilliklərin dərinliklərinə baş vurur, təkcə lokal yox, həm də dünya miqyasında mühüm əhəmiyyət kəsb edən hər şeyin yaranışının müxtəlif versiyalarını nəzərdən keçirir.

Sözügedən filmlər toplusu Cənubi Qafqazın əhəmiyyətli bir hissəsi olan Azərbaycana həsr edilib.

İdeya müəllifi Vüqar Xəlilov olan filmlərin operatorları Rauf Hüseynov, Rəşad Ağaquluyev, Feyruz Rəhimov, Seymur Quliyev, prodüseri Renat Əhmədovdur.

# 1375
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar