09:48
09 Yanvar 2020

"Kimsə məni öyrətmir" - Fədayə Tacirə qarşı çıxdı - VİDEO

“Bir tək oxumaqla o boyda lüks həyat qurmaq olmur”.

Bunu Lent.az -a açıqlamasında müğənni Fədayə Laçın həmkarlarının dəb-dəbəli həyatlarından söz açarkən deyib. O, bildirib ki, hazırda onun heç bir mülki yoxdur:

“Müğənninin gəlir yeri toydur. Toydan başqa qazanc yerimiz var ki? Bəlkə o yaxşı maşınları, evləri olanların biznesi var, başqa yerdən pul əldə edirlər ki, belə şərait də qurublar. Şəxsən mən heçnə qurub yarada bilməmişəm. Ev, villa deyə bilmərəm, amma Fədayə Laçın zamanında ən bərk gedən maşınları sürüb. Hər zaman maşına marağım olub. Mən əslində sürücü olmaq istəyirdim. Ona görə də avtomobilə meylim var. Hazırda mənim maşınım yoxdur. İndi mən hər şeyi sıfırdan başlayıram. Allahın məsləhətinə şükür. Belə məsləhət imiş”.

Fədayə daha sonra bildirib ki, ona müğənnilik sənətini kimsə öyrətməyib:

“İnsan gərək elədiyini deməsin. Əgər sən kiməsə dəstək olmusansa, olmusan da. Allah canını sağ eləsin. Bunu deməsən də olar. Şəxsən mən kiməsə dəstək olsam, bunu dilimə gətirmərəm. Hər kəsin ruzusunu Allah verir. Bir insana gərək Allah sənət, istedad versin. İstedadsız insana nə qədər dəstək olsanda, bu parlamaz.

Mən Mədəniyyət və İncəsənət Universitetində Xalq artisti Canəli Ələkbərovun tələbəsi olmuşam. Amma mən sənəti özəl olan insanları özümə müəllim sayıram. Məsələn Şövkət Ələkbərovanı, Rübabə Muradovanı, Elmira Rəhimovanı və kaman ifaçısı Ağacəbrayıl bəyi dinləyirəm. Bu şəxsləri özümə müəllim sayıram. O demək deyil ki, parta arxasında oturum, onlar mənə dərs keçsin. Mən özüm istedadı olan insanları dinləyirəm, onlardan öyrənirəm. Kimsə məni öyrətmir”.

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu açıqlamasında F.Laçının müəllimi olduğunu demişdi.

Dİgər xəbərlər