Daxili orqanında narkotik keçirmək istəyi baş tutmadı
08 yanvar 2020 18:19 (UTC +04:00)

Daxili orqanında narkotik keçirmək istəyi baş tutmadı

Ölkəyə narkotik keçirmək cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan xəbərə görə, İrandan gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb. Şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Astara rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf sellofana bükülü ümumi çəkisi 4 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 11 qram qara rəngli narkotik vasitə - tiryək, üzərində "M40" yazılı və üzərində "Z40" yazılı "metadon" adlı həblər aşkarlanıb.

Xatırladaq ki, metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1312

Oxşar yazılar