Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir yolunda, Muradlı kəndi ərazisində qeydə alınıb. 29 yaşlı Novruz Feyzullayev idarə etdiyi UU-952-UG Gürcüstan nömrə nişanlı, "Ford Tranzit" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və sərnişini, 38 yaşlı Mahir Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, Novruz Feyzullayev mikroavtobusla çörək daşıyır.