Azərbaycanda 2050-ci ilə qədər havanın orta illik temperatur göstəriciləri açıqlandı
08 yanvar 2020 10:44 (UTC +04:00)

Azərbaycanda 2050-ci ilə qədər havanın orta illik temperatur göstəriciləri açıqlandı

Azərbaycanda havanın orta illik temperaturu regiondan asılı olaraq baza dövrünə (1961-1990-cı illər) nisbətən təqribən 0.8-1.90 dərəcə artıb. Atmosfer yağıntılarının orta illik miqdarı isə əsasən azalıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun 2019-cu il üzrə illik hesabatında bildirilir.

Hesabata əsasən, Kür-Araz ovalığının bəzi rayonlarında azalma 12-15 faiz təşkil edib, Abşeron yarımadasında və ondan şimalda yerləşən sahilboyu ərazidə isə o, az da olsa (2-3 faiz) artıb. İlin isti dövründə yağıntıların miqdarı 3-17 faiz azalıb.

İllik temperaturun artım sürəti 134 il ərzində 0.80-1.40 dərəcə olub, onilliklər üzrə isə artım sürəti təqribən 0.10 dərəcə təşkil edib. Atmosfer yağıntıları 125 il ərzində bəzi ərazilərdə azalıb ( Ağstafa – 88mm, Naxçıvan – 7 mm), Gəncədə isə 8 mm artıb.  

Aparılmış hesablamalar əsasında 2050-ci ilə qədər havanın temperaturunun və atmosfer yağıntılarının qarşıdakı onilliklər müddətində gözlənilən qiymətləri verilib.

Havanın orta illik temperaturunun və atmosfer yağıntılarının gözlənilən qiymətləri

 

 

 

 

Məntəqə

İllər

1961-1990

(baza dövrü )

2030

2040

2050

1.

Ağstafa

12,7

13,7

13,8

14,0

2.

Gəncə

13,4

14,5

14,6

14,7

3.

Naxçıvan

12,9

13,2

13,3

13,5

 

 

 

 

 

Məntəqə

                                                  İllər

1961-1990

(baza dövrü )

2030

2040

2050

1.

Ağstafa

363

315

310

300

2.

Gəncə

287

270

275

280

3.

Naxçıvan

220

240

235

230

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1444

Oxşar yazılar