Bakıda möhtəşəm caz gecəsi olacaq
07 yanvar 2020 17:46 (UTC +04:00)

Bakıda möhtəşəm caz gecəsi olacaq

Yanvarın 14-də Heydər Əliyev Sarayında "Just Jazz" adlı möhtəşəm caz gecəsi keçiriləcək.

Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, gecədə Əməkdar artistlər Şəhriyar İmanov və Vüsal İskəndərzadənin (tarzən) rəhbərliyi ilə Shur Trio kollektivi, Coffee Band, Nicat Aslanov, Tural Rafael, Nərmin Məmmədli, Aytən Orucəliyeva, Suada Hacızadə və Ləman Abbaszadə iştirak edəcəklər.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

# 4493
avatar

Oxşar yazılar