“Çalıquşu” romanının yazıldığı ev kül oldu - FOTO
06 yanvar 2020 17:20 (UTC +04:00)

“Çalıquşu” romanının yazıldığı ev kül oldu - FOTO

Türkiyənin Tekirdağ şəhərində yazıçı Rəşad Nuri Güntəkinin də bir müddət yaşadığı evdə yanğın baş verib və ev yararsız vəziyyətə düşüb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin Ərtoğrul məhəlləsindəki istifadə olunmayan ikimərtəbəli tarixi ev iki saat ərzində yanaraq kül olub.

Türk ədəbiyyatının önəmli yazıçılarından olan R.N.Güntəkinin məşhur “Çalıquşu” romanının bir bölümünü yanan evdə yazdığı açıqlanıb.

 

 

 

 

 

 

# 8883
avatar

Aygün İbrahimli

Oxşar yazılar