“Qızıl Qlobus” mükafatı təqdim olundu - FOTOLENT
06 yanvar 2020 11:16 (UTC +04:00)

“Qızıl Qlobus” mükafatı təqdim olundu - FOTOLENT

Hollywood Xarici Media Birliyi tərəfindən verilən və “Oskar”ın xəbərçisi olaraq bilinən “Qızıl Qlobus” mükafatları Los-Ancelesdə qaliblərə təqdim edilib.

Hollivudda akkreditasiya olunmuş 85 xarici jurnalistin səsvermələri ilə müəyyən olunan qaliblər çox zaman “Oskar” qalibi ilə üst-üstə düşür. Lakin “Oskar”dan fərqli olaraq “Qızıl Qlobus” həm də televiziya sahəsində verilir.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu il ilk dəfə "Vida" filmindəki roluna görə ən yaxşı aktrisa mükafatını qazanan Nora Lam  mükafatı qazanan ilk asiyalı olub.

Mükafata layiq görülən filmlərin siyahısı belədir:

Ən yaxşı filmlər: 1917

Bir dəfə Hollywoodda

Yarımçıq əlaqə.

Filmlər üzrə ən yaxşı kişi aktyor mükafatına Joaquin Phoenix, Taron Egerton, Bred Pitt, ən yaxşı qadın aktrisa adına Renée Zellweger, Awkwafina (Nora Lam), Laura Dern layiq görülüb.

Ən yaxşı rejissor adına “1917” filminə görə Sam Mendes, ən yaxşı ssenarist mükafatına “Bir dəfə Hollivudda” filminə görə Quentin Tarantino layiq görülüb.

"Ən yaxşı mahnı" - I'm Gonna Love Me Again (“Rocketman”)

"Ən yaxşı film musiqisi" – Hildur Qudnadottir ( “Joker”)

"Ən yaxşı drammatik serial" – “Succession”

"Dramatik serialda ən yaxşı aktrisa" – Oliviya Kolman (“The Crown”)

"Dramatik serialda ən yaxşı aktyor" – Brayan Koks (“Succession”)

"Komediya janrında çəkilmiş ən yaxşı teleserial" – “Fleabag”

"Ən yaxşı mini-serial" – “Chernobyl”

"Komediya janrında ən yaxşı teleserial aktyoru" – Rami Yussef (“Rammy”)

"Komediya janrında ən yaxşı teleserial aktrisası" – Fibi Uoller-Bric (“Fleabag”)

"Ən yaxşı mini-serial aktyoru" – Rassel Krou (“The Loudest Voice”)

"Ən yaxşı mini-serial aktrisası" – Mişel Uilyams (“Fossi/Verdon”)

"İkinci planda ən yaxşı mini-serial aktyoru" – Stellan Skarsqard ( “Chernobyl”)

"İkinci planda ən yaxşı mini-serial aktrisası" – Patrisiya Arkett (“The Act”)

"Fəxri “Qızıl Qlobus”” – Tom Henks.

 

 

 

# 8458
avatar

Aygün İbrahimli

Oxşar yazılar