Yolu keçən qadını maşın vurub öldürdü
03 yanvar 2020 19:05 (UTC +04:00)

Yolu keçən qadını maşın vurub öldürdü


Xaçmazda ölümlə nəticələn yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 2-də saat 17 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində şəhər sakini F. Səfərəliyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən kənd sakini Zenfira Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4696

Oxşar yazılar