Siqareti çəkənlər və ya daha sonra tərgidənlər həyatlarında siqaret çəkməyənlərlə müqayisədə daha çox ağrı hiss edirlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, siqareti tərgitdikdən sonra belə bədəndəki ağrılar ömür boyu qala bilir.
London Universitetinin araşdırmaçıları bununla bağlı 220 min şəxs üzərində tədqiqat aparsalar da, bunun səbəbi məlum olmayıb. Ancaq onların düşüncələrinə görə, siqaret çəkmək vücudda qalıcı dəyişikliklərə səbəb olur.
Qeyd edək ki, 2009-2013-cü illərdə BBC laboratoriyalarında mütəxəssislərin hazırladığı anketlərdə iştirak edənləri üç kateqoriyaya bölüblər: siqaret çəkməyənlər, siqareti tərgidənlər və hazırda çəkənlər. Nəticədə siqaret çəkən və tərgidənlərin hiss etdiyi ağrı miqdarının siqareti heç çəkməyənlərlə müqayisədə 1-2 dəfə çox olduğu məlum olub.
Mütəxəssislər onu da bildirir ki, siqaret çəkən və ya tərgidən şəxslər heç çəkməyənlərə nisbətən həm xəstəlikləri ağır keçirir, həm də ki, əməliyyatdan sonra daha gec sağalırlar.