
Bakıda silahla gəzən keçmiş məhkum saxlanıldı

Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat və narkotik vasitə gəzdirən şəxsi saxlayıb.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş "Rıjiy Tofiq"adı ilə tanınan paytaxt sakini Tofik Paşayev tutulub.
Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq, 5 ədəd patron və 1 büküm ümumi çəkisi 0, 529 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Binəqədi rayon Polis İdarəsinin İatintaq Şöbəsinə göndərilib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Oxşar yazılar

Yaşadığı evdə asılmış meyiti tapıldı
23 yanvar 2021 , 02:20
Daha bir vəzifəli şəxs TUTULDU
22 yanvar 2021 , 22:34
Masallının Baş həkimi saxlanıldı - XÜSUSİ ƏMƏLİYYAT
22 yanvar 2021 , 20:52
Azərbaycanda qadın su kanalında boğuldu
22 yanvar 2021 , 19:37
Azərbaycanda xəstə kişidən DƏHŞƏTLİ ƏMƏL: arvadını...
22 yanvar 2021 , 19:19Bakıda polis maşını qəzaya səbəb oldu
22 yanvar 2021 , 19:02Sosial şəbəkələrdə narkotik təbliğ edən saxlanıldı - FOTO
22 yanvar 2021 , 18:34
Bakıda 6 evdən oğurluq edən tutuldu - FOTOLENT
22 yanvar 2021 , 15:11