04:35
03 Yanvar 2020

Bağdadda şiə qruplaşmasının rəhbərlərindən bir öldü

Bağdadda raket zərbələri zamanı “əl-Haşd əl-Şəbab” şiə qruplaşmasının yüksək rütbəli üzvlərindən biri ölüb.

APA "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bu şəxs şiə könüllülərinin ictimaiyətlə əlaqələr şöbəsinə rəhbərlik edən Məhəmməd əl-Cabiridir.

“Əl-Ərəbiyyə” telekanalının yaydığı məlumatda isə bildirilir ki, raket mərmilərindən biri mülkü maşına dəyib, partlayış nəticəsində sürücü ölüb.

Raket zərbələri həmçinin İraq ordusu və beynəlxalq koalisiyanın hərbi obyektlərinə də düşüb.

Bağdad Beynəlxalq Hava Limanı bağlanıldığı, uçuşların müvəqqəti dayandırıldığı bildirilir.

İraq Təhlükəsizlik Qüvvələrinin məlumatına görə, hücum zamanı 12 hərbçi yaralanıb.

Dİgər xəbərlər