08:26
01 Yanvar 2020

Trampla İraqın Baş naziri arasında telefon danışığı olub

ABŞ Prezidenti Donald Trampla İraqın Baş naziri Adel Abd əl-Mehdi arasında telefon danışığı baş tutub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, iki ölkə liderləri regional təhlükəsizlik mövzularını müzakirə ediblər.

Danışıq əsnasında Tramp ABŞ-ın İraqdakı heyət və obyektlərinin qorumasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, ötən gün İraqda qanuni silahlı birləşmə kimi tanınan “Əl-Həşd aş-Şaabi” könüllü şiə qruplaşmasının yüzlərlə tərəfdarının ABŞ səfirliyinin ərazisinə daxil olub, səfirliyin əsas giriş qapısını və səfirliyi əhatə edən divarları yandırıblar. Səfirliyin mühafizə xidmətinin əməkdaşları və polis aksiyaçılara qarşı gözyaşardıcı qaz tətbiq edib, havaya atəş açıblar.

Dİgər xəbərlər