“Trabzonspor”un baş məşqçisi istefaya göndərildi
30 dekabr 2019 17:53 (UTC +04:00)

“Trabzonspor”un baş məşqçisi istefaya göndərildi

Türkiyənin “Trabzonspor” klubu baş məşqçi Ünal Karamanla yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Trabzonlular anlaşmanın pozulduğu üçün mütəxəssisə 2 milyon 250 min Türkiyə lirəsi ödəyiblər. Bu, çalışdırıcının müqavilənin bu mövsümün 6 ayı – 2019-cu il dekabrın 1-dən 2020-ci il mayın 31-dək olan müddət üçün almalı olduğu məbləğdir.

Qeyd edək ki, 2019-cu ilin iyununda imzalanan müqavilə 2021-ci il mayın 31-də başa çatmalı idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1137

Oxşar yazılar