Talassemiyalı 55 cütlük aşkar edilib: onlardan ...
30 dekabr 2019 14:34 (UTC +04:00)

Talassemiyalı 55 cütlük aşkar edilib: onlardan ...

"Artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır".

Lent.az məlumat verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin illik hesabatında bildirilib ki, il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub:

"Onların arasında 3 393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb. Ümumilikdə, xəstəlik müəyyən edilən 15 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib".

Qeyd edilib ki, hazırda Respublikada 1 667 hemofiliyalı xəstə qeydiyyatdadır:

"Bu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub".

# 714
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar