Banklar bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
30 dekabr 2019 18:25 (UTC +04:00)

Banklar bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

2019-cu il dekabrın 31-i  – 2020-ci il yanvarın 6-da - bayram günləri ərzində bankların filial və şöbələri, eləcə də “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətin satış nöqtələri gücləndirilmiş iş rejimində çalışacaq.

APA-nın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bayram günlərində ölkədə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 22 bankın 178 satış nöqtəsi (o cümlədən, 9 bank üzrə 13 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un isə 112 şöbəsi (o cümlədən, 8-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Qeyd olunub ki, bayram günlərində Mərkəzi Bank tərəfindən yaradılmış bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək.

İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Mərkəzi Banka müraciət oluna bilər: Qaynar xətt (+994) 70 922 29 99.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049

Oxşar yazılar