Dövlət sərhədini pozan əcnəbilər saxlanıldı
30 dekabr 2019 11:51 (UTC +04:00)

Dövlət sərhədini pozan əcnəbilər saxlanıldı

Dekabrın 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs saxlanılıb.

Lent.az-a Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sərhəd pozucusunun Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Dadaşlı Pərvin Ziyafət oğlu olduğu müəyyənləşdirilib. İlkin araşdırma zamanı onun  dekabr 20-də dövlət sərhədini Azərbaycan-İran istiqamətində pozması müəyyən edilib.

Dekabr 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Xaçmaz rayonunun Zeyxuroba kəndi yaxınlı­ğındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs sax­lanılıb, sərhəd pozucusunun Pakistan vətəndaşı, 28 yaşlı Əli Yasif Pakistani olması müəyyən edilib.

Dekabr 27-dəDövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Balakən rayonu, Mazımçay kəndi yaxınlı­ğındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozan 1 nəfər şəxs sax­lanılıb, sərhəd pozucusunun Əlcəzair vətəndaşı, 33 yaşlı Muhəmməd Şərif olması müəyyən edilib.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 811
avatar

Mehman Nəbiyev

Oxşar yazılar