541
10:42
30 Dekabr 2019

Sabah Bakıda atəşfəşanlıq olacaq

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-də gecə saat 12:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Lent.az -a verilən məlumata görə, şəhərin mərkəzi küçələri, Dənizkənarı Milli Parkın ərazisi və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çil-çıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, burada bayram tərtibatının aparılması işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

BŞİH sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də gecə saat 12:00-da Dənizkənarı Milli Parka dəvət edir.