Azərbaycan Tibb Universiteti (ATU) 35 əcnəbi tələbəni ali məktəbdən xaric edib.
Bu barədə Lent.az-a ATU-dan bildirilib. Qərar Universitetin Rektoryanı Şurasında çıxarılıb.
Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına, konkret olaraq 2019\2020-ci tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.
Bundan əlavə, təhsil haqqını tam ödəməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər.