Bahçeşehir Universitetinin magistrantı olmaq üçün son imtahanlarını uğurla verən səs mühəndisi, musiqiçi və aranjımançı Qara Dərviş İstanbulda "Günəş tutulması" adlı konsert proqramıyla çıxış edib.
Lent.az xəbər verir ki, konsertin repertuarı Qara Dərvişin öz müəllif mahnılarından, Azərbaycan bəstəkar mahnılarından və Türkiyədə populyar olan əsərlərdən ibarət olub. Nəsimi ilinin bitməsinə 3 gün qalmış gerçəkləşən bu tədbirdə dinləyiciləri ən çox təəssüratlandıran Dərvişin Nəsimiyə aid "Qafil, oyan" qəzəlinin beytlərindən istifadə etməklə sözlərini və musiqisini 2016-cı ildə yazdığı eyniadlı bəstəsi olub.
Qeyd edək ki, musiqiçi həmin gün 5-ci ali təhsilini başa vurub. O, “Enerji mühəndisliyi” ixtisası ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin,
Bakı Musiqi Akademiyasının, Avstraliya Mərkəzli SAE Səs mühəndisliyi institutunun İstanbul filialının, Ankara Universiteti Türk Dili və Ədəbiyyatı fakültəsinin də məzunudur.