Sabirabad sakini Sumqayıtda itkin düşdü - FOTO
29 dekabr 2019 14:26 (UTC +04:00)

Sabirabad sakini Sumqayıtda itkin düşdü - FOTO

 

Sabirabad rayonunun Mürsəlli kənd sakini, 1977-ci il təvəllüdlü Əjdər Hüseynov Sumqayıt şəhərində itkin düşüb.

Bu barədə APA-ya onun yaxınları məlumat verib.

Məlumata görə, Ə. Hüseynov anası ilə Sumqayıtdakı bacısıgilə qonaq gəlib. Bir gecə orada qaldıqdan sonra, dekabrın 27-də yenə anası ilə birgə Sumqayıtda yaşayan qohumlarıgilə gedib. O, günorta vaxtı evdən çıxıb və bir daha geri qayıtmayıb. Ə. Hüseynov əqli qüsurludur. 

Onu görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinə məlumat vermələri və (051) 796 – 40 – 98 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1799

Oxşar yazılar