Sumqayıta qonaq gələn kişi itkin düşdü
29 dekabr 2019 13:55 (UTC +04:00)

Sumqayıta qonaq gələn kişi itkin düşdü

Sabirabad rayonunun Mürsəlli kənd sakini, 42 yaşlı Əjdər Hüseynov Sumqayıt şəhərində itkin düşüb.

Bu barədə APA-ya onun yaxınları məlumat verib.

Məlumata görə, Ə. Hüseynov anası ilə Sumqayıtdakı bacısıgilə qonaq gəlib. Bir gecə orada qaldıqdan sonra, dekabrın 25-də yenə anası ilə birgə Sumqayıtda yaşayan qohumlarıgilə gedib. O, günorta vaxtı evdən çıxıb və bir daha geri qayıtmayıb. Ə. Hüseynov əqli qüsurludur. 

Onu görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinə məlumat vermələri və (051) 796 – 40 – 98 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833

Oxşar yazılar