Qazın təzyiqinin aşağı düşməsinin səbəbi AÇIQLANDI
29 dekabr 2019 12:25 (UTC +04:00)

Qazın təzyiqinin aşağı düşməsinin səbəbi AÇIQLANDI

"Azərbaycanda havaların soyuması ilə əlaqədar müəyyən ərazilərdə qazın təzyiqinin aşağı düşməsi problemi yaxın gələcəkdə həllini tapacaq".

"APA-Economics"in məlumatına görə bunu jurnalistlərə açıqlamasında baş İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, buna əsas səbəb yaşayış ərazilərinə yaxın yerləşən qeyri-əhali sektorunun olmasıdır.

"Bu günə qaz şəbəkəsində 20 minə yaxın qaz tənzimləyiciləri mövcuddur. Bu tənzimləyicilər müəyyən rejimlərə köklənib. Ancaq hansı ərazilərdə ki, qazın təzyiqinin enməsi müşahidə olunursa, həmin ərazilərdə qeyri-əhali sektorunun olmasıdır. Məsələn, çörək sexləri, istixanalar və s. Hava soyuyanda onların sərfiyyatı əhəmiyyətli dərəcədə artır. Bu isə birbaşa vətəndaşa öz təsirini göstərir. Belə hallar Sabunçu, Xəzər rayonlarında, Abşeronun bəzi yerlərində müşahidə olunur", - R. Əliyev qeyd edib.

# 1406
avatar

Oxşar yazılar