73377
12:28
29 Dekabr 2019

Xanımının rəfiqəsi ilə sevgili olan, sağlığında bütləşdirilən ulduz - HƏYAT HEKAYƏTİ

Onu sönməyən Bollivud ulduzu adlandırırlar. Ölkəsində teleaparıcı, prodüsser və siyasətçi kimi də tanınır.

1942-ci il oktyabrın 11-də Hindistanın Allaxabad şəhərində şair-tərcüməçi və dinin alovlu mübarizi olan Ray Baççanın ailəsində dünyaya gəlib.

Anası sosial fəal Teycu Suri Hindistanın naziri İndira Qandinin etibarını qazanan adamdır.

Aktyorun soyadı Şrivstavdır. Baççan onun ləqəbidir və bu ləqəbi ona ata nənəsi nəvəsinin qoçaqlığına görə verib. Şervud kollecində təhsilə başlayıb, Dehli universitetinin Kirori Mal kollecində başa vurub.

Kinoya Amitabıh uşaqlıqdan gəlib. Ona bunun üçün bütün göstəriciləri imkan yaradırdı. Cazibədar görkəmi, hündür boyu və möcüzəli səsi. Tələbə mahnılarının əvəzsiz ifaçısı idi.

Səsinin hesabına radioda iş təklifi alır. Böyük ekrana isə onu əvvəlcə qəbul etməyiblər. Deyiblər ki, çox böyük görünür və rənginin qaralığı, gözlərinin qeyri-adi görünüşü onu bir az da vahiməli edir. Ona görə də kinoda ilk illər, sadəcə başqa rolları səsləndirməklə məşğul olurdu.

Nəhayət, bir gün anasının münasibətləri sayəsində İndira Qandinin özündən gələn tövsiyə məktubu ilə kinostudiyaya təşrif gətirib.

Məktub ona 1969-cu ildə “Yeddi hindu” filmində baş rola çəkilməyə imkan yaradır. Film çox böyük gəlir gətirməsə də, Baççan roluna görə ”Ən yaxşı yeni aktyor” nominasiyasında ilk milli mükafatını alır.

İkinci çəkildiyi “Anand” filmindəki rolun görə “İkinci planda ən yaxşı kişi rolu” mükafatına sahib olur. Ona populyarlığı isə 1973-cü ildə ədalətsizliyə qarşı təkbaşına mübarizə aparan polis məmuru obrazını yaratdığı “Yubadılmış intiqam” filmi gətirib. “Qeyzlənmiş gənc” ləqəbini də aktyora bu filmdəki obrazı qazandırıb.

Bu, Bollivudun ilk dedektiv və döyüş janrında olan filmi idi.

Amitabıh Baççan isə 70-ci illərin bir nömrəli ulduzu. Onun obrazları haqqı tapdananlara, zəiflərə vaxtında əl uzadan qəhrəmanlardır.

Hindlilər üçün Amitabıh əsil hindli kişi obrazına, millətin simvoluna çüvirir.

1977-ci ildə bariton səsinin heyranı olan hind rejissoru Rey Satyac “Şahmat oyunçuları” filminin səsləndirməsini bütünlüklə ona həvalə edir. Nəticədə Amitabıh Berlin beynəlxalq kinofestivalının “Qızıl ayı” mükafatını alır.

2005-ci ildə isə fransız rejissoru Luk Janın “Pinqvinlərin marşı” filmi Amitabıh Baççanın səsləndirməsi ilə “Oskar”a layiq görülüb.

1982- ci ildə onun parlayan kino karyerası ağır zədə ilə yarımçıq qalır. “Yükdaşıyan” filminin çəkilişlərində tryukları özü yerinə yetirdiyindən döyüş səhnəsində yıxılır və masanın küncünə dəyən tüpürcək vəzi partlayır. Aktyorun həyatı təhlükədə idi. Bir neçə həftə komada qalır. Bütün Hindistan onun səhhəti haqqında məlumat gözləyirdi. Aktyorun başına gələnlər ssenaridə də dəyişikliklərə səbəb olur. Ssenari yenidən yazılır, qəhrəman birinci hissədə ölür, ikinci seriyada “dirilir”.

Amitabıhın populyarlığı ona parlament seçkilərində qalib olmağa kömək edir.

68, 2 faiz səslə doğma Allahabad şəhərindən millət vəkili seçilir. Ailəsinin köhnə dostu Raciv Qandinin tərəfdarıdır.

Amma özünün siyasi karyerası dövründə kinematoqrafiyanı buraxmışdı. 1987-ci ildə isə siyasətdən uzaqlaşıb yenidən kinoya qayıdır.

1994-cü ildə yenidən kinodan gedən Amitabıh qardaşı ilə birgə sputnik televiziyasında çalışırdı. Birlikdə yaratdıqları “Amitabıh Bachchan Corporation Ltd” Hindistanda ən böyük telekompaniyalardandır. Özü “Kim milyoner olmaq istəyir” layihəsinin aparıcısı olub.

Müğənni kimi karyerası da var. “Aby Bab” adlı uğurlu pop-albomu da çıxıb.

Beş il sonra kinoya “Ölüm daşıyıcısı” filmində baş rolla qayıdıb. Onun iştirakı ilə 200 film çəkilib. Hindistan milli kinematoqrafçılar assosiasiyası Amitabıh Baççanı minilliyin aktyoru adlandırıb.

Amitabıh Caya Bhaduri ilə evlidir. İki uşaqları var. Oğlu Abxişək də populyar aktyordur.

Amidabahın uzun müddət xanımın rəfiqəsi, aktrisa Rekxa ilə sevgi romanı olub. Bu vaxtsız sevgi aktyor komadan ayılıb xanımını yastığının başında görəndə başa çatıb.

75-dən artıq yaşı var, boyu 188 santimetrdir. O, ilk asiyalı aktyordur ki, hələ sağ ikən fiquru Londonun Madam Tüsso muzeyində qoyulub.

Fransanın ali dövlət mükafatı olan “Gümüşü Lotus” mükafatçısıdır. Onun haqqında bir neçə kitab yazılıb. Özü “Karinin qəlbi sənin və mənim üçün” adlı fəlsəfi kitabın müəllifidir.